Xidmətlər
Estetik ginekologiyadan mamalığa qədər
Əsas istiqamət estetik və lazer ginekologiyadır — forma və funksiyanın bərpasına yönəlmiş cərrahi və qeyri-cərrahi üsullar. Bununla yanaşı ginekoloji xəstəliklərin müayinəsi, müalicəsi və cərrahiyyəsi, hamiləliyin aparılması və doğuş. Aşağıda apardığım müayinə, müalicə və əməliyyatlar istiqamətlərə görə qruplaşdırılıb.
Estetik və lazer ginekologiya
Forma və funksiyanın bərpası
Cərrahi və qeyri-cərrahi üsullar — qərar həmişə müayinədən sonra verilir.
- LabioplastikaKiçik cinsiyyət dodaqlarının kiçildilməsi və simmetriyanın bərpası.
- VaginoplastikaUşaqlıq yolu divarlarının və ətraf toxumaların bərpası, daraldılması.
- PerineoplastikaAralıq nahiyyəsinin bərpası, doğuş cırıqlarının və çapıqların korreksiyası.
- CO₂ lazer prosedurlarıQuruluq, atrofiya və yüngül dərəcəli şikayətlərdə qeyri-cərrahi prosedur.
- Genital dolğuHialuron turşusu əsaslı preparatlarla həcm və rütubət bərpası.
- Estetik ginekologiyaBu sahədə hansı hallarda hansı üsulun tətbiq olunduğu haqqında ümumi məlumat.
Ginekologiya
Müayinə, müalicə və cərrahiyyə
Funksional problemlərin müalicəsi, ginekoloji xəstəliklərin erkən aşkarlanması, konservativ və cərrahi müalicəsi.
Vaginizmin müalicəsi
Türkiyədə alınmış xüsusi təlim, bu sahədə 10 ildən artıq təcrübə, maksimum 3–4 seansda tamamlanan müalicə.
ƏtraflıSidik qaçırmanın müalicəsi
Səbəbin müəyyən edilməsi, çanaq dibi məşqi, lazer və göstəriş olduqda TOT əməliyyatı.
ƏtraflıGinekoloji cərrahiyyə
Mioma, yumurtalıq kistası, endometrioz, uşaqlığın sallanması və digər xəstəliklərin cərrahi müalicəsi.
ƏtraflıSonsuzluğun müayinəsi
Cütlüyün birlikdə müayinəsi, polikistoz və digər hormonal pozğunluqlar, müalicə planı.
ƏtraflıKolposkopiya və PAP test
Uşaqlıq boynunun müayinəsi, HPV nəzarəti və xərçəngönü dəyişikliklərin erkən aşkarlanması.
ƏtraflıHamiləlik və doğuş
Hamiləlikdən doğuşa qədər
Hamiləliyin təsdiqindən doğuşa və doğuşdan sonrakı ilk həftələrə qədər həkim nəzarəti.
Hansı bölmə sizə uyğundur?
Əmin deyilsinizsə, şikayətinizi WhatsApp vasitəsilə yazın — sizi düzgün istiqamətləndirim.